23 yanvar 2011 17:31
Ramiz Məmmədovun komandasının büdcəsi - 5,8 milyon dollar
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçi təyin edildiyi Qazaxıstanın "Atırau" klubunun büdcəsi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmyerlimizin yeni komandası elə təxminən onun sabiq klubu “Qəbələ” ilə oxşar imkanlara malikdi.
Qazaxıstan mətbuatının yazdığına görə, "Atırau"nun ötən il üçün büdcəsi 850 milyon təngə olub. Bu da təxminən 5,8 milyon ABŞ dolları edir. Deməli, ötən mövsümü 5-ci yerdə bitirən Atırau klubunun və onun yeni baş məşqçisi olan həmyerlimizin ciddi maliyyə problemləri olmayacaq.
