23 yanvar 2011 18:42
Penaltini qaçırsa da, ən yaxşı oldu
“Birlik Kuboku”nun final matçının ən yaxşı futbolçuları müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamızın heyətində bu dəfə İlia Kandelaki ən yaxşı seçilib.
Maraqlıdı ki, oyunsonrası penalti zərbələrində dəqiq oynaya bilməsə də, təşkilat komitəsi komandamızın düşərgəsində məhz onu fərqləndirib. Rəqib komandada – “Şaxtyor”da isə Pavel Sitko ən yaxşı olub.
Maraq üçün xatırladaq ki, bundan əvvəlki oyunlarda Aleksandr Çertoqanov (Neftçi, Qırğızıstan), Vladimir Levin (İstiqlal, Türkmənistan), Rövşən Əmiraslanov (İskra-Stal, Moldova), Girts Karlsons (Mika, Ermənistan) və Valeri Abramidze də (Zenit, Rusiya) komandamızın ən yaxşısı seçilmişdilər.
