23 yanvar 2011 19:05
Zepp Blatter İnter`i təbrik etdi
FİFA prezidenti Zepp Blatter Azərbaycan çempionu “İnter”i “Birlik Kuboku”nun qalibi olması münasibəti ilə təbrik edib. Azerisport.az xəbər verir ki, turnirin mükafatlandırma və bağlanış mərasimində dünya futbol qurumunun rəhbəri “bankirlər”ə təbriklərini çatdırmaqla yanaşı, onların rəsmən qalib olduğunu da təntənəli şəkildə bəyan edib: “Siz qalibsiniz”.
Qeyd edək ki, 19-cu “Birlik Kuboku”nun qalibi “İnter”i və finalçı Belarus “Şaxtyor”unu FİFA prezidenti Zepp Blatterlə yanaşı UEFA-nın vitse-prezidenti Şenes Erzik, Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko, AFFA-nın baş katibi Elxan Məmmədov və Belarus Futbol Federasiyasının prezidenti Gennadi Nevıqlas mükafatlandırıb. Sonda Azərbaycan çempionunun kapitanı Vladimir Levinə kuboku da məhz Zepp Blatter təqdim edib.
