23 yanvar 2011 19:18
Mir teleşirkəti Neftçinin uğurunu yaddan çıxardı
Rusiyanın “Mir” Teleşirkəti Azərbaycanın “Neftçi” klubunun “Birlik Kuboku”nda 2006-cı ildə qazandığı uğuru yaddan çıxarıb. Azerisport.az xəbər verir ki, kanalın idman şərhçisi həmin ildə bakılıların çempionluğunu qeyd etməyib.
Onun sözlərinə görə, “İnter” Azərbaycana 2008-ci ildə bu kuboku qazandıran “Xəzər Lənkəran”dan sonra ikinci belə sevinc bəxş edən komandamızdı.
