23 yanvar 2011 19:35
İlham Əliyev İnter`i təbrik etdi
“Beynəlxalq Bank”ın rəhbəri, son Azərbaycan çempionu “İnter”in idarə heyətinin sədri Cahangir Hacıyev komandasının “Birlik Kuboku”nun finalında Belarus “Şaxtyor”u üzərindəki qələbədən sonra “bankirlər”in paltardəyişmə otağına baş çəkib. Azerisport.az xəbər verir ki, o, komanda üzvlərinə müraciəti zamanı bunları dilə gətirib:
“Mən sizi qələbə münasibətilə təbrik edirəm. Dünən mən ölkə prezidenti İlham Əliyevlə danışdım. O, Ermənistan “Mika”sı üzərindəki qələbəyə görə öz təbriklərini göndərdi və qeyd etdi ki, sizin çıxışınızdan razıdı”.
