23 yanvar 2011 19:39
Neftçi Galatasaray`la müqavilə bağladı
"Neftçi" PFK ilə Türkiyənin "Galatasaray" klubu arasında olan danışıqlar müsbət nəticələnib və ikitərəfli sazişlə rəsmi müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, İstanbul klubunun təmsilçisi Adnan Sezginin imzası ilə göndərilən müqavilə "Neftçi" PFK-nın rəhbərliyi tərəfindən müzakirə edilib. Müqavilə klub prezidenti Sadıq Sadıqovun imzası ilə təsdiq edilərək, "Galatasaray"ın prezidenti Adnan Polata göndərilib.
İki klub arasında bağlanmış və 2011-2012-ci illəri əhatə edən müqavilədə həm Bakı, həm də İstanbulda yoldaşlıq oyunlarının keçirilməsi, "Neftçi"nin gənc futbolçularının təcrübə toplaması məqsədilə "Galatasaray"ın düşərgəsinə yollanması və sair layihələrin aparılması üçün nəzərdə tutulub.
