23 yanvar 2011 19:55
Neftçi sabah yenidən Türkiyəyə yola düşəcək
"Neftçi" klubunun Türkiyənin Antalya şəhərində keçirəcəyi ikinci təlim-məşq toplanışı yanvarın 24-də başlayacaq. Azerisport.az xəbər verir ki, fevralın 4-dək davam edəcək hazırlıq prosesinə "Neftçi" sabah səhər saatlarında Bakı-İstanbul-Antalya təyyarə reysi ilə yola düşəcək.
"Mardan" İdman Kompleksində məskunlaşacaq flaqman 4 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Paytaxt klubu "Rudar" (Çernoqoriya), "Arsenal" (Ukrayna), "Şturm" (Avstriya) və "Çelik Zenitsa" (Bosniya və Hersoqovina) klubları ilə də qarşılaşacaq.
