23 yanvar 2011 21:15
XL fikrini dəyişən Jerom Polenzdən imtina etdi
“Xəzər Lənkəran”ın məşqçilər korpusu Türkiyə toplanışının gedişində yeni futbolçuları sınaqdan keçirməyə davam edirlər. Azerisport.az xəbər verir ki, hazırda komandanın düşərgəsinə yeni braziliyalı qapıçı gəlib. Braziliya klubundan gələn Alan Dolanın 24 yaşı var və onun taleyinə yaxın günlərdə aydınlıq gətiriləcək.
Bu arada yenidən komandanın düşərgəsinə gələn almaniyalı hücumçu Jerom Polenz geri qaytarılıb. Qeyd edək ki, bu futbolçu ilk təlim-məşq toplanışında bəyənilsə də, həyat yoldaşının istəyi ilə komandamıza keçiddən imtina etmişdi. O, ailəsiylə söhbətdən sonra yenidən “Xəzər Lənkəran”ın düşərgəsinə dönüb və komandamızda çıxış etmək istədiyini deyib. Sadəcə, bu dəfə də Mirça Rednik qərar verməkdə çətinlik çəkən hücumçunun xidmətindən imtina edib.
