23 yanvar 2011 18:29
İnter penaltilərlə çempion oldu (YENİLƏNİB)
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan sayca 19-cu “Birlik Kuboku”na yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin həlledici oyununda Azərbaycan çempionu “İnter” Belarus təmsilçisi “Şaxtyor”la qarşılaşıb.
Gərgin və maraqlı mübarizəyə səhnə olan duelin əsas və əlavə vaxtı qolsuz tamamlandığından, qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Daha dəqiq oynayan Azərbaycan çempionu "İnter" öz tarixində birinci dəfə, futbolumuzun tarixində isə üçüncü dəfə "Birlik Kuboku"nu ölkəmizə gətirməyə nail olub.
Birlik Kuboku
Final
23 yanvar
16:00. İNTER (Azərbaycan) – ŞAXTYOR (Belarus) - 0:0 (penaltilərlə 6:5)
İNTER: Lomaya, Daşdəmirov (Mjavanadze, 84), Abramidze (Assioli, 110), Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov (Əmiraslanov, 46), Obikadze (Yeqorov, 69), Karlsons.
ŞAXTYOR: Kurskis, Kolomıç, Çeledinski, Yanuşkeviç, Polyakov, Rojkov, Leonçik, Qrenkov, Sitko, Alumona, Rios (Petrov, 76).
Oyun başladı. Ölkə çempionun final matçında da uğurlar arzulayırıq!
3. Komandamız final görüşünə də fəal başlayıb və ilk dəqiqələrdən hücumlar təşkil edir
6. Çertoqanov top uğrunda mübarizədə zədələnir və həkimlər ona ilkin yardım göstərir
7. Millimizin üzvünün zədəsinin ciddi olduğu bildirilir və deyəsən erkən əvəzetmə olacaq
8. Rəqib komandanın ilk hücumu...bəhrəsizdi
8. Belaruslar Abramidzeyə də qarşı kobud oynayırlar
10. Çertoqanov həkimlərin ilkin müdaxiləsindən sonra oyunu davam etdirə bildi
12. Kruqlovla Kandelaki sol cinahdan əla hücum təşkil etsə də, həlledici zərbəni vuran tapılmır
13. Rəqibin təhlükəli hücumunu müdafiəçilərimiz dəf edir
15. Zlatinovdan qapı qarşısına əla ötürmə...bəhrəsizdi
18. Zlatinovun uzaqdan zərbəsi o qədər də təhlükəli alınmadı
19. Künc zərbəsindən istifadə edən futbolçularımız topu itirir. Rəqibin əks-hücumunu Daşdəmirov dayandırır
23. Obikadze qapıçıyla üz-üzə qala bilərdi. Ancaq topa çata bilmədi
26. Hər iki komanda daha çox ehtiyatlı oyuna üstünlük verdiyindən, təhlükəli vəziyyətlər elə də çox deyil
29. "Şaxtyor"un təhlükəli hücumunu Lomaya dayandırır
32. Çervenka hesabı açmağa yaxın olsa da, çox gözəl fürsəti əldən verir
38. Komandamız "Şaxtyor"un müdafiə xəttini yarmaqda çətinliklə üzləşir
42. Rəqibin müdafiə xətti etibarlı oyunu ilə fərqlənir
45. İlk yarı qolsuz başa çatır
46. İkinci hissə başladı
46. Komandamızın heyətində ilk əvəzləmə: Kruqlovu Rövşən Əmiraslanov əvəzləyir
48. "İnter" ikinci hissəyə fəal başlayıb
49. Levin sarı vərəqə alır
49. Levinin kobud səhvindən sonra az qala Alumona hesabı açacaqdı. Lakin xoşbəxtlikdən onun zərbəsi yan keçdi
51. Rövşən matçdakı ən real şansı əldən qaçırdı. Qapıçıyla üz-üzə qalan futbolçu topu düz onun üstünə vurdu
54. Çervenkanın uzaqdan zərbəsi hədəfə düşmür
60. Komandamız bir qədər fəallığı artırsa da, rəqib müdafiəçilər yenə də sayıqlıqlarını nümayiş etdirirlər
64. Karlsonsun baş zərbəsini son anda Kurskis tuta bilir
66. Rəqib oyunçunun uzaqdan zərbəsi yan keçir
68. Daşdəmirovdan əla ötürmə...ancaq hücumçularımız bu şansı dəyərləndirə bilmir
69. Obikadzeni Sergey Yeqorov əvəzləyir
71. Rövşən də sarı vərəqə alır
72. Komandamızın təhlükəli hücumu...bəhrəsiz qalır
73. Zlatinovun cərimə zərbəsi müdafiəçilərdən dönür
76. Rəqib komandada Riosu Petrov əvəzləyir
79. Belarusluların təhlükəli zərbəsi üstdən keçir
83. Komandamız əsasən cinah asmalarıyla rəqib müdafiəsini yarmağa çalışsa da, heç nə alınmır
84. Daşdəmirovu Mjavanadze əvəzləyir
86. Zlatinovun təhlükəli zərbəsi qapının bir neçə santimetrliyindən keçir
87. Çertoqanov yenidən zədələnir. Rojkov isə ona qarşı kobud oyuna görə sarı vərəqə alır
88. Hakim Çertoqanova da sarı vərəqə göstərir
90 dəqiqə qolsuz başa çatdı. İndi hərəsi 10 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq
91. İlk əlavə hissə başladı
96. Komandamızın təhlükəli hücumu. Rövşənin zərbəsi azca üstdən keçir
97. Yenə Əmiraslanov...Bu dəfə qapı qarşısına ideal ötürmə edir. Ancaq rəqib müdafiəçilər yenə sayıqdı
100. Zlatinovun uzaqdan zərbəsi qapını azca yanından keçir
İlk əlavə vaxt başa çatdı
İkinci əlavə vaxt başladı
Bu gedişlə hər şey penaltilərə aparır
104. Rəqibin künc zərbəsi bəhrəsiz qalır
106. Komandamızın cərimə zərbəsi qol gətirmir
108. Penaltilərdən bizi cəmi 2 dəqiqə ayırır
110. Abramidzeni Assioli əvəzləyir
İkinci əlavə vaxt da qolsuz başa çatdı və finalın qalibini penaltilər müəyyənləşdirəcək
Karlsons - 1:0
Sitko - 1:1
Assioli - 2:1
Rojkov - 2:1 (Lomaya topu qaytardı)
Çervenka - 3:1
Kolomıç - 3:2
Kandelaki - 3:2 (Kurskis topu qaytarır)
Petrov - 3:3
Zlatinov - 3:3 (Kurskis topu qaytarır)
Polyakov - 3:3 (Lomaya topu qaytarır)
Çertoqanov - 4:3
Kurskis - 4:4
Levin - 5:4
Leonçik - 5:5
Mjavandze - 6:5
Qrenkov - 6:5 (topu kənara vurur)
Beləliklə, komandamız penaltilərlə də olsa, "Birlik Kuboku"nun qalibi olur.
