23 yanvar 2011 00:01
Türkiyə mətbuatı Sadıqovun çıxışını qiymətləndirdi (FOTOLAR)
Türkiyə mətbuatı Superliqanın 18-ci turu çərçivəsində keçirilən “Gençlerbirliği” – “Eskişehirspor” matçında top qovan futbolçuların çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımız Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun da oyununa qiymət veriblər.
Onlar səfərdə 1:0 hesablı qələbəyə sevinən “Eskişehirspor”un və millimizin müdafiəçisinin çıxışını iki ulduzla qiymətləndirib. Hansı ki, eskişehirlilərin 5 futbolçusu bu qiymətə layiq görülüb. Həmyerlimizdən daha yaxşı oyun sərgiləyən yalnız iki futbolçu olub ki, onlar da matçdakı yeganə qolun müəəlifi Burhan və Qomes olub. Rəqib komandada - “Gençlerbirliği”ndə isə sadəcə 3 ən yaxşı futbolçu olub ki, onlar da 2 ulduzla qiymətləndirilib.
