23 yanvar 2011 00:08
Qəbələ Türkiyədə problemlə üzləşib
“Qəbələ”nin baş məşqçisi Toni Adams Cənubi Koreyanın “Yonsel” klubu ilə keçirdikləri görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında bölgə təmsilçisinin çalışdırıcısı 1:3 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Biz meydana iki fərqli heyət buraxdıq. Oyunçularımız üçün çox yaxşı məşq oldu. Nəticəyə o qədər də önəm vermirdik. Yeniləri hələ başqa oyunda da yoxlamalıyam, onlara bir qədər də şans vermək istəyirəm”.
Yeri gəlmişkən qeyd edək ki, “Qəbələ” hazırlıqlarını davam etdirdiyi Türkiyənin Antalya şəhərində 3 afrikalı futbolçunun da yolunu gözləməkdədi. Onların həftəsonu düşərgədə olması gözlənilir. Ancaq afrikalıların viza problemiylə üzləşdiyi bildirilir. Hazırda klub rəhbərliyi bu məsələnin həlliylə məşğuldu.
