23 yanvar 2011 12:51
“İkinci dəfə Birlik Kubokunu qazanmaq istəyirəm”
Son Azərbaycan çempionu “İnter”in və yığma komandamızın yarımmüdafiəçisi Aleksandr Çertoqanov bu gün keçiriləcək “Birlik Kuboku”nun final matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında təcrübəli futbolçu Belarus “Şaxtyor”u üzərində qələbə qazanmaqla, ikinci dəfə bu kuboku qazanmaq istədiyini bildirib:
“Bu, turnirin əsas və həlledici oyunudu. 5 ardıcıl qələbənin ardından “Şaxtyor”la görüşü də qazanıb, kuboka sahib çıxmaq qalır. Mən artıq “Neftçi”ylə bir dəfə bu turnirin qalibi olmuşam. İndi bu kuboku ikinci dəfə qazanmaq istəyirəm. Hesab edirəm ki, komandamız gözəl oyun sərgiləməklə, layiqli qələbə qazanacaq. Bizə gözəl dəstək verən azarkeşlərimizə bu sevinci yaşatmağa borcluyuq”.
