24 yanvar 2011 00:52

Cahangir Hacıyev: İnter`i Çempionlar Liqasında görmək istəyirəm

“Beynəlxalq Bank”ın rəhbəri, son Azərbaycan çempionu “İnter”in idarə heyətinin sədri Cahangir Hacıyev azerisport.az saytına müsahibəsində komandasının “Birlik Kuboku”nun qalibi olmasıyla bağlı fikirlərini açıqlayıb.
 
- Qələbə münasibətilə sizi təbrik edirik!
- Mən çox şadam ki, “İnter” Sankt-Peterburqda özü üçün yeni bir tarix yazdı. Komanda turnirə uğurlu start verdi, layiqli oyun sərgilədi və sonda da kuboka sahib çıxdı. Turnirin gedişində Ermənistandan olan komandanı məğlubiyyətə uğratdılar, “Zenit”in əvəzedici heyətini darmadağın etdilər. Final oyunu hər şeyin həlli demək idi və gördüyüyünüz kimi, “İnter” son görüşdə də layiqli oyunla öz sözünü deməyi bacardı.
 
- Bəs siz bu 110 dəqiqə ərzində nə hiss etdiniz?
- 110 dəqiqə bir ilə bərabər oldu. Komandalar çox yaxşı oyun sərgilədilər, göstərdilər ki, layiqli finaldı. Mən sadəcə o haqda düşünürdüm ki, istifadə olunmayan qol vəziyyətləri uşaqlara təsir edə bilər. Ancaq əmin idim ki, kubok bizim olacaq.
 
- Hətta “Şaxtyor” penalti seriyasını uğurla başa vurmağa yaxın olduğu vaxtda da?
- Mən Georgi Lomayaya inanırdım. Qapıçımız bu gün çox yaxşı idi. O, komandanın qələbə qazanmasında çox böyük rol oynadı, sadəcə möhtəşəm idi.

- “Birlik Kuboku”ndan sonra nələr düşünürsüz?
- İndi Azərbaycan çempionatı haqda düşünməliyik. Yenə titulumuzu qorumaq uğrundakı mübarizəmizi davam etdirməliyik. Mən bu komandaya azarkeşlik edirəm və onu Çempionlar Liqasında görmək istəyirəm.
 
- Ancaq “Birlik Kuboku”nu qazanan komandalarımızın çempionatda uğursuzluğu tendensiyası var...
- Hər şey komandadan asılıdı. Əgər onlar özlərinə tez gəlsələr, onda çempionatda uğurlu çıxış etməyə nail ola bilərlər. “İnter” yüksəlişdədi, siz də gördünüz ki, onlar necə oynayırdılar. Altı oyunda onlar bir dən də olsun qol buraxmadılar.
 
-  Qış transfer pəncərəsində yeni futbolçular gətirməyə hazırlaşırsızmı?
- Bu işlərlə baş məşqçi məşğul olur. O, kimi desə, komandaya gətirməyə çalışırıq. Transfer çalışmaları barədə qərarlar məşqçilər korpusunun sərəncamındadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.