24 yanvar 2011 14:14
İspaniya yığmasının baş məşqçisi: Azərbaycan əsas rəqibimizdi
Futzal üzrə İspaniya yığmasının baş məşqçisi Venensiano Lopes gələn ay Azərbaycanda keçiriləcək AÇ-2012-nin seçmə mərhələ oyunları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu oyunlarda özləri üçün əsas rəqib kimi millimizin adını çəkib:
“Azərbaycan yığması qrupdakı ən güclü rəqibimizdi, onlar son Avropa çempionatında 4-cü olmuşdular. Bunda isə daha çox onların milliləşən braziliyalıların köməyindən yararlanmalarının rolu var. Braziliyalılar həm təcrübəlidilər, həm də yüksək səviyyəli oyun sərgiləyirlər. Azərbaycan millisi qrup qalibini müəyyənləşdirmək yolunda əsas rəqibimiz olacaq”.
