24 yanvar 2011 14:32
Berti Foqts 17 futbolçunun hazırlığına son qoyur
Yanvarın 27-də Azərbaycan milli komandasının şərəfini qoruyan 17 futbolçu Türkiyənin Antalya şəhərində hazırlıq keçən klublarının düşərgəsini tərk edərək, birbaşa Dubaya yollanacaq. Azerisport.az xəbər verir ki, milli komandamızın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışı da məhz həmin gün başlayacaq.
Türkiyədən birbaşa BƏƏ-yə yollanacaq futbolçuların tam siyahısı isə belədi:
Qapıçılar - Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı).
Müdafiəçilər – Saşa Yunisoğlu (Qəbələ), Rail Məlikov (Neftçi), Maksim Medvedev (Qarabağ), Elnur Allahverdiyev (Xəzər Lənkəran).
Yarımmüdafiəçilər – Ruslan Abışov, Amit Quluzadə, Cavid Hüseynov (hamısı “Neftçi”), Samir Abasov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”), Əziz Quliyev, Fabio Luis Ramim (hər ikisi “Bakı”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Arif İsayev (Qəbələ).
Hücumçular – Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (Bakı).
Qeyd edək ki, fevralın 9-da Berti Foqtsun yetirmələri Macarıstanla yoxlama matçı keçirəcək.
