24 yanvar 2011 20:05
AZAL qələbəni əldən verdi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışını davam etdirən AZAL bu gün qardaş ölkədə növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Nazim Süleymanovun yetirmələri Qazaxıstanın "Vostok" klubunu sınağa çəkib.
İlk yarısı qolsuz tamamlanan görüşün ikinci hissəsində, bir qədər də dəqiqləşdirsək, 60-cı dəqiqədə Qvidas Yuska komandamızı hesabda önə keçirib. Lakin 20 dəqiqə sonra bu üstünlüyünü əldən verib. Beləliklə, qarşılaşma 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, buna qədər Ukraynanın "Zarya" klubu ilə qarşılaşan AZAL yoxlama oyununda rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.
Yoxlama oyunu
24 yanvar
AZAL - Vostok - 1:1 (0:0)
