24 yanvar 2011 15:48
Macarıstan yığmamızla oyun üçün heyətini açıqladı
Fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Macarıstan yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, Sandor Egervari millimizlə oyuna 21 futbolçu dəvət edib.
Həmin siyahıda yer alan futbolçuların siyahısını təqdim edirik:
Qapıçılar: Adam Boqdan (Bolton, İngiltərə), Marton Fülep (Ipswich Town, İngiltərə), Qabor Kirali (München 1860, Almaniya).
Müdafiəçilər: Roland Yuhaş (Anderlecht, Belçika), Tamaş Kadar (Newcastle United, İngiltərə), Latsko Şolt (Sampdoria, İtaliya), Pol Lazar, Zoltan Liptak (hər ikisi “Videoton”), Vilmoş Vantsak (Sion, İsveçrə), Kristian Vermes (Ujpest).
Yarımmüdafiəçilər: Peter Tsvitkoviç, Jozef Varqa (hər ikisi “Debrecen”), Balaş Dşudşak, (PSV Eindhoven, Hollandiya), Akos Elek, (Videoton) Zoltan Gera (Fulham, İngiltərə), Tamas Haynal (Borussia, Dortmund, Almaniya), Vladimir Koman (Sampdoria, İtaliya), Krisztian Vadots (Osasuna, İspaniya).
Hücumçular: Tamas Prişkin (Ipswich Town, İngiltərə), Gergeli Rudolf (Bari, İtaliya), Adam Tsalay (Mainz, Almaniya).
