24 yanvar 2011 16:14

Ağasəlim Mircavadov: Hələ öncədən demişdim ki, İnter Birlik Kubokunu qazanacaq

“Birlik Kuboku”nun ikiqat qalibi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində son ölkə çempionu “İnter”in Sankt-Peterburqda baş tutan sayca 19-cu belə turnirin qalibi olmasına münasibətini bildirib.
 
“Mən hələ “Birlik Kuboku”ndan öncə də demişdim ki, “İnter” bu turnirdə öz oyununu göstərə bilsə, mütləq qalib olacaq. Çünki əksər komandalar bu turnirə əvəzedici heyətlə, iddiasız gəlmişdilər, bəzi ölkələrin çempionları ümumiyyətlə yarışa qatılmaqdan imtina etmişdi”.
 
2006-cı ildə “Neftçi”, 2008-ci ildə isə “Xəzər Lənkəran”la “Birlik Kuboku”nun qızıl medallarına sahib çıxan təcrübəli mütəxəssis bildirir ki, “bankirlər”in yalnız bir oyununu izləyə bilib: “Bu, Ermənistanın “Mika” klubuna qarşı oyun idi. Mənim üçün çox maraqlıydı bu oyuna baxmaq, çünki qarşılaşmanın necə nəticələnməsinin çox böyük əhəmiyyəti var idi. Nəticə məni həddən artıq təəccübləndirdi: “Mika” “İnter”dən aşkar zəif idi. Bizim çempion onları 1/4 finalda mütləq məğlub etməliydi və bunu da elə gözəl şəkildə həyata keçirdilər”.
 
Mircavadovun fikrincə, Azərbaycan klubları yenə bu turnirdə uğurlu çıxış etməyə can atmalıdılar, lakin turnirin təşkilində bəzi dəyişikliklər edilmək şərtilə: “Bir çox ölkələr artıq bu turnirə elə də ciddi yanaşmırlar. Bunun qarşısını almaq üçün mütləq əks tədbirlər görülməlidi. Deyilənlərə görə, artıq gələn ildən formatda dəyişikliklər edəcəklər. Ümid edirəm ki, yeni format da bizim komandalar üçün düşərli olacaq”.
 
Son Mircavadov “İnter”i təbrik etməklə yanaşı, bildirib ki, bu dəfəki “Birlik Kuboku”nu “Neftçi” və “Xəzər Lənkəran”ın qazandıqları ilə müqayisə etmək düzgün deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.