24 yanvar 2011 16:31
XL-ın yeni futbolçusu Dominkan Respublikasında istirahətdə (FOTO)
Rumıniyanın "Timişoara" klubundan "Xəzər Lənkəran"a transfer olunan futbolçu Xristu Çiaku yeni komandasına hələ də qoşulmayıb. Azerisport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, bu futbolçu hazırda istirahətdədi.
Rumın həmkarlarımızın yazdığına görə, 24 yaşlı yarımmüdafiəçi sevgilisi ilə birgə istirahət etmək üçün Dominikan Respublikasına üz tutub. O, yeni komandasına yalnız fevralın əvvəlində - ikinci dövrədən etibarən qoşulacaq.
