24 yanvar 2011 16:42
Yığma komandamıza daha bir futbolçu dəvət olundu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına daha bir futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, yanvarın 25-dən fevralın 4-dək Türkiyənin Antalya şəhərində keçiriləcək hazırlıq prosesinə MOİK-in üzvü Emin Cəfərquliyev dəvət olunub.
Qeyd edək ki, bu futbolçu əslində “Bakı”ya məxsus olsa da, hərbi xidmətə çağırılması səbəbindən hazırda MOİK-də çıxış etmək məcburiyyətində qalıb.
