24 yanvar 2011 17:22
Xəzər Lənkəran azarkeşləri üçün Facebook-da səhifə açdı
“Xəzər Lənkəran” Futbol Klubu rəsmi Facebook səhifəsini azarkeşlərinin istifadəsinə verib. Azerisport.az xəbər verir ki, indi dünyanın ən məşhur sosial şəbəkəsinin istifadəçiləri daim yenilənən bu səhifəyə qoşulmaqla mütəmadi olaraq klub haqqında ən son məlumatları rahatlıqla əldə edə biləcəklər.
Bundan əlavə azarkeşlər qeyd olunan səhifə vasitəsilə vaxtaşırı komandanın oyunçularına və məşqçilərinə suallar verməklə interaktiv ünsiyyət imkanı qazanacaq.
