24 yanvar 2011 19:08
Turan sabah Ukrayna klubuyla qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan” dünənki bir günlük istirahətin ardından, bu gün yenidən hazırlıqlarını bərpa edib. Azerisport.az xəbər verir ki, komanda hazırda əsasən toplu və taktiki hazırlıqlara üstünlük verir.
Sabah isə Naci Şensoyun çalışdırdığı Tovuz klubu növbəti sınaq matçında qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, “Turan”ın bu dəfəki rəqibi Ukraynanın “Obolon” klubu olacaq. Maraq üçün xatırladaq ki, tovuzlular Almaniyanın aşağı liqa təmsilçilərindən olan “MSV Pampov” klubuna 0:1 uduzmuş, “Lübek”lə isə heç-heçə (2:2) etmişdi.
