24 yanvar 2011 19:28
Sadıqovun məşqçisinə verilən cəza başa çatdı
Türkiyənin “Eskişehirspor” klubunun baş məşqçisi Bülənt Uyguna verilən cəza başa çatıb. Azerisport.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi Eskişehir təmsilçisinin çalışdırıcısı TFF tərəfindən 8 oyunluq cəzalandırılmışdı.
Bu üzdən o, düz 8 oyun idi ki, komandasını yalnız tribunadan izləyə bilirdi. Uyğunun cəzası nəhayət Superliqanın son turunun “Gençlerbirliği” matçıyla başa çatıb. Bu müddətdə o, “Eskişehirspor”un “Fenerbahçe”, “Trabzonspor”, “Kayserispor”, “Kasımpaşa” və “Gençlerbirliği” ilə səfər, həmçinin “Antalyaspor”, “Manisaspor” və “Beşiktaş”la oyunlarda komandasının başında ola bilməmişdi.
Lakin ən maraqlısı odu ki, baş məşqçinin bu qədər müddət ərzində cəzalı olmasına rəğmən, mövsümə çox pis start verən komandası ürəkaçan nəticələr qazanırdı. Uygun, bu həftənin sonunda “Konyaspor”la ev oyununda nəhayət ki, komandanı meydana özü çıxaracaq.
