25 yanvar 2011 00:20
Türkiyədə yığmamızla oynamaq istəyən tapılmadı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması dünən növbəti yoxlama matçını keçirməliydi. Azerisport.az xəbər verir ki, komandamızın öncə Bakı vaxtı ilə saat 21:00-da Türkiyənin “Antalyaspor” klubunun nəzdindəki U-19 komandası ilə yoldaşlıq oyunu keçirəcəyi xəbər verilirdi.
Lakin sonradan AFFA-nın rəsmi saytının yaydığı məlumatda rəqibin "Antalyaspor"un yox, "Muratpaşa Belediyyespor"un nəzdindəki U-19 komandası olacağı diqqətə çatdırıldı. Ancaq maraqlıdır ki, bu komanda da yığma rəhbərliyinin dəvətini qəbul etməyib. Belə ki, onlar oyuna gəlməyibilər.
Belədə, komandamızın məşqçilər korpusu komandanı ikitərəfli oyunda sınamağa üstünlük veriblər. Nümayəndə heyətimizin bu dərəcədə aşağı səviyyədə təşkilatçılığı isə sual doğurmaya bilmir.
