24 yanvar 2011 11:38

Berti Foqts Fatih Terimlə Qvardiolanı qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, qurum bu dəfəki siyahısında 1996-2010-cu illər arasındakı dövrə əsasən ən yaxşıları elan edib.
 
Siyahıya şotlandiyalı ünlü mütəxəssis Aleks Ferqyusson rəhbərlik edir. “Manchester United”in çalışdırıcısını isə elə İngiltərə çempionatında çıxış edən “Arsenal”ın fransalı baş məşqçisi Arsen Venger təqib edir. İlk “üçlüy”ü italiyalı mütəxəssis Marçello Lippi qapayır.
 
AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Türkiyə millisinin hollandiyalı çalışdırıcısı Qus Hiddink isə dünyanın 4 ən güclü mütəxəssisindən biridi. Hansı ki, o, hətta ünlü Joze Mourinyonu da qabaqlayır.
 
Bütövlükdə 225 mütəxəssisin yer aldığı siyahıda Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da var. O, bu mənada İspaniyanın “Barcelona” klubunun çalışdırıcısı Xosep Qvardiola və türkiyəli Fatih Terimi də qabaqlayır.
 
Qeyd edək ki, siyahıda ölkəmizdə çalışan bir klub məşqçisi də yer alıb. Bu isə, "Bakı"nın yeni latviyalı çalışdırıcısı Aleksandr Starkovdu. O, 91-ci pillədə qərarlaşıb.

 

1. Aleks Ferqyusson
Şotlandiya
222
2. Arsen Venger
Fransa
186
3. Marçello Lippi
İtaliya
146
4. Qus Hiddink
Hollandiya
141
5. Joze Mourinyo
Portuqaliya
135
6. Ottmar Hitsfeld
Almaniya
134
7. Luis Felipe Skolari
Braziliya
133
8. Marselo Byelsa
Argentina
127
9. Sven-Qoran Eriksson
İsveç
126
10. Fabio Kapello
İtaliya
120
11. Karlo Ançelotti
İtaliya
112
12. Frank Raykaard
Hollandiya
104
13. Visente del Boske
İspaniya
103
14. Rafael Benites
İspaniya
97
15. Karel Brükner
Çexiya
76
16. Karlos Byanki
Argentina
75
17. Covanni Trapattoni
İtaliya
75
18. Karlos Alberto
Braziliya
65
19. Ektor Kuper
Argentina
63
20. Otto Rehagel
Almaniya
63
21. Dunga
Braziliya
62
22. Lui Van Qal
Hollandiya
61
23. Yoahim Löv
Almaniya
58
24. Roje Lemye
Fransa
56
25. Ramon Dias
Argentina
55
26. Xose Antonio Kamaço
İspaniya
54
27. Jerar Ulye
Fransa
50
28. Vanderley Luksemburq
Braziliya
50
29. Brüs Arena
ABŞ
49
30. Dik Advokat
Hollandiya
49
31. Xose Pekerman
Argentina
49
32. Feliks Maqat
Almaniya
48
33. Roberto Mançini
İtaliya
46
34. Rudolf Föller
Almaniya
45
35. Valeri Lobonovski
Ukrayna
44
36. Berti Foqts
Almaniya
43
37. Manuel Lapuente
Meksika
42
38. Velibor Milutinoviç
Serbiya
42
39. Van Basten
Hollandiya
40
40. Bert Van Marveyk
Hollandiya
40
41. Xosep Qvardiola
İspaniya
39
42. Filip Trussye
Fransa
38
43. Fatih Terim
Türkiyə
37
44. Mario Zaqallo
Braziliya
37
45. Marten Olsen
Danimarka
37

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.