24 yanvar 2011 11:47
Zepp Blatter: Azərbaycanda DÇ? Sizə sadəcə bir qədər gözləmək lazımdı
FİFA prezidenti Zepp Blatter dünya çempionatı kimi nəhəng turnirin ölkəmizdə təşkil olunmasını istisna etmir. Azerisport.az xəbər verir ki, o, bu haqda açıqlamasında bunları dilə gətirib:
“Mən görürəm ki, futbol bu ölkədə necə sürətlə inkişaf edir. İndi orda 4 yeni, yüksək səviyyəli arenaın tikintisi aparılır. Böyük Respublika stadionu var. 2022-ci ildəki dünya çempionatına kimi hər şey artıq dəqiqləşib. Ondan sonrasına isə baxarıq. Sizə sadəcə bir qədər gözləmək lazımdı”.
