24 yanvar 2011 20:48

Zarya XL-a da AZAL-ın aqibətini yaşatdı (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi də Ukrayna təmsilçisi – “Zarya” olub.
 
Görüş Ukrayna təmsilçisinin qələbəsiylə başa çatıb. Qeyd edək ki, Mirça Rednikin komandası dünən bu ölkənin digər təmsilçisi “Krivbass” klubuyla qarşılaşmış və minimal hesabla qələbə qazanmışdı. Lakin güclü yağış səbəbindən həmin görüş başa çatmamış və 75-ci dəqiqədə yarımçıq dayandırılmışdı. Ondan əvvəlki "Atırau" (Qazaxıstan) və "Kasımpaşa" (Türkiyə) ilə oyunlarda isə təmsilçimiz müvafiq olaraq 1:2 və 1:4 hesablı yenilgilərlə üzləşmişdi.
 
Onu da qeyd edək ki, “Zarya” bir neçə gün öncə Türkiyədə hazırlıq keçən digər komandamız AZAL ilə də görüşmüş və 2:0 hesabıyla qələbə qazanmışdı.
 
Yoldaşlıq oyunu
24 yanvar
 
Xəzər Lənkəran – Zarya - 1:3 (0:1)
 
26-cı dəqiqədə rəqib komandada Sakiç hesabı açır
Qoldan iki dəqiqə sonra Kasyan komandamıza daha bir qol vurmağa yaxın olub. Lakin Sakiçin ötürməsindən sonra o, tiri nişan alıb.
İlk yarıdan sonra hesab 0:1 rəqibin xeyrinədi. Ancaq ukraynalıların daha çox qol vurmaq şansı var idi. XL daha çox baxışda olan qapıçı Dalton Munarettoya minnətdar olmalıdı.
57-ci dəqiqədə rəqib oyunçuya qarşı kobud oyuna görə XL-ın qapısına penalti təyin edir. Zərərçəkən Lipartiyanın özünün yerinə yetirdiyi zərbə dəqiq olur - 0:2
Alim Qurbanov hesab arasındakı fərqi azaldır
78-ci dəqiqədə "Zarya" daha bir qol vurur. Maksim Belıy komandasının üstünlüyünü yenə 2 topa çatdırır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.