24 yanvar 2011 00:11
Elxan Məmmədov: Bizim azarkeşlər ən yaxşıdı
AFFA-nın baş katibi Elxan Məmmədov Sankt-Peterbuqrda keçirilən “Birlik Kuboku”nda qələbə qazanan son ölkə çempionu “İnter”in uğuruna münasibət bildirib. Azerisport.az saytına müsahibəsində federasiya rəsmisi bunları dilə gətirib:
“Bu qələbə bütün Azərbaycan futbolunun qələbəsidi, hansı ki, yerində durmur, gündən-günə inkişaf etməkdədi. Azarkeşlərimiz də “İnter”i sona kimi dəstəklədilər. Bu bir daha göstərdi ki, bizim azarkeşlər ən yaxşıdı. Qoy belə qələbələrimiz daha çox olsun”.
