24 yanvar 2011 00:26
Georgi Lomaya: Yenə Birlik Kubokunu qazanmaq istəyirəm
Son Azərbaycan çempionu “İnter”in qapıçısı Georgi Lomaya “Birlik Kuboku”ndakı çıxışlarını və qazandıqları uğuru dəyərləndirib. Azerisport.az saytına müsahibəsində təcrübəli qolkiper bunları dilə gətirib:
“Mən komandanın oyunundan razı qaldım. Göstərdiyimiz mübarizəni də çox bəyəndim. Xüsusilə final oyunu bu baxımdan özünəməxsusluğu ilə seçildi. İndi yenidən bu turniri qazanmağı istəyirəm. Amma bundan ötrü təbii ki, ilk növbədə Azərbaycan çempionu olmalıyıq”.
