24 yanvar 2011 00:33
İnter`in legionerləri Bakıya qayıtmır
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sayca 19-cu “Birlik Kuboku”nun qalibi adını qazanan “İnter” bu gün səhər saatlarında Bakıya qədəm qoyacaq. Azerisport.az xəbər verir ki, “bankirlər” ölkəyə heç də tam heyətlə dönməyəcək.
Məsələ burasındadı ki, klub rəhbərliyi bəzi legioner futbolçulara ölkələrinə gedib, ailələrinə baş çəkməyə icazə verib. Onlar, birbaşa yanvarın sonunda Antalyada təlim-məşq toplanışına yığışacaq komandanın düşərgəsinə yollanacaq.
