25 yanvar 2011 13:39
Şükürovla Sadıqovun komandasında daha bir ayrılıq
Millimizin üzvü Mahir Şükürovun çıxış etdiyi, əsas komandamızın sabiq çalışdırıcısı Vaqif Sadıqovun köməkçi-məşqçi kimi çalışdığı Rusiyanın “Anji” klubu daha bir futbolçuyla yollarını ayırmaq məcburiyyətində qalıb. Azerisport.az xəbər verir ki, Mahaçqala klubunun təcrübəli yarımmüdafiəçilərindən olan Andrey Streltsov Bryansk “Dinamo”suna keçib.
“Anji”nin rəsmi saytının yaydığı məlumatda o da bildirilir ki, bu futbolçu ötən mövsüm komandanın 18 oyununda meydanda olub və rəqib qapılarına 3 qol vurub.
