25 yanvar 2011 14:25
Turan`ın Ukrayna klubu ilə dueli baş tutmadı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan”ın bu günə nəzərdə tutulan yoxlama matçı təxirə salınıb. Azerisport.az xəbər verir ki, Ukrayna “Obolon”u ilə keçirilməli olan qarşılaşmanın qarşılıqlı razılıq əsasında ləğvinə qərar verilib. Buna isə son günlər Antalyaya yağan aramsız yağışların yağması səbəb olub.
