25 yanvar 2011 14:56
Starkov yeni komandasıyla əsas məqsədini açıqladı
“Bakı”nın yeni baş məşqçisi Aleksandr Starkov paytaxt klubundakı əsas vəzifəsini açıqlayıb. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis bu haqda danışarkən aşağıdakıları söyləyib:
“Bu mövsüm biz çempionatı mümkün qədər üst pillələrdə başa vurmağa çalışacağıq. Ancaq əsas məqsədimiz avrokuboklara düşmək və orda uğurlu çıxış etməkdi”.
