25 yanvar 2011 15:01
Bahodir Nasimov: Avstraliyaya qalib gələcəyik
Azərbaycan Premyer Liqasının bombardiri, “Neftçi”nin hücumçusu Bahodir Nasimov şərəfini qoruduğu Özbəkistan millisinin Asiya çempionatındakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, qitə çempionatına birgə gedə bilmədiyi komanda yoldaşlarının daha böyük uğur qazanacağına inandığını bildirib:
“Mən hələ qitə çempionatından öncə demişdim ki, Özbəkistan qələbə qazanacaq. Təəssüf ki, mən komandamızın düşərgəsindən zədə səbəbindən kənarda qaldım. Ancaq komandamız mənsiz da yarımfinal oyununda Avstraliyaya qalib gəlib, adını finala yazdıracaq”.
