25 yanvar 2011 15:08
Xaqani Məmmədov: Çempionatımıza xarici hakimlər gətiririk
Cənubi Koreyadan olan hakimlər Azərbaycan Premyer Liqasının oyunlarını idarə edəcək. Bu haqda azerisport.az-a AFFA-nın Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu haqda Cənubi Koreya Futbol Federasiyasının rəsmiləri ilə söhbətdə razılığa gəliblər. Razılığa əsasən iki ölkə futbol federasiyası arasında hakimlərin mübadiləsi prosesi aparılacaq ki, bizim də hakimlər bu ölkənin çempionat oyunlarında ədaləti qorumaq şansı qazanacaq.
Xaqani Məmmədov onu da bildirib ki, eyni tipli danışıqlar İsvç Futbol Federasiyası ilə də aparılır və oxşar razılığın əldə olunması istisna deyil.
