25 yanvar 2011 15:26
Ramiz Məmmədov Qazaxıstanın futbol tarixinə düşə bilər
Azərbaycanlı futbol mütəxəssisi Ramiz Məmmədov Qazaxıstanın futbol tarixinə düşə bilər. Azerisport.az xəbər verir ki, həmyerlimizin çalışdırdığı “Atırau” klubu hazırda portuqaliyalı futbolçunu sınaqdan keçirir.
Məmmədov Kuasto Conatası bəyənib, komandasında saxlasa, bu, bütövlükdə Qazaxıstan futbolunda bir ilk kimi tarixə düşəcək. Çünki indiyə kimi bu ölkənin klublarında portuqaliyalı futbolçu top qovmayıb.
