25 yanvar 2011 16:00
Birlik Kubokunu qazandı, rumınlara rəqib oldu
“Birlik Kuboku”nun və Azərbaycan çempionatının son qalibi “İnter”i Rumıniya təmsilçisi ilə duel gözləyir. Azerisport.az xəbər verir ki, bu haqda sözügedən ölkə mətbuatı məlumat yayıb.
Həmin məlumatda bildirilir ki, “bankir”lər fevralın 8-də Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində “Braşov”la yoldaşlıq görüşü keçirəcəklər.
