25 yanvar 2011 16:09
Yığma komandamız Rusiya klubuyla qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Rusiyanın “Krılya Sovetov” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu görüş sabah - yanvarın 26-da, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
