25 yanvar 2011 16:52
Bakı futbolçusuyla müqaviləsinə xitam verdi
"Bakı" futbol klubu kolumbiyalı yarımmüdafiəçi Anqulo Ceffersonun müqaviləsinə xitam verib. Azerisport.az xəbər verir ki, 2010-cu ilin iyun ayında "Bakı"ya transfer olunan futbolçu komandanın düşərgəsinə qatılmadığı üçün baş məşqçi Aleksandr Starkov tərəfindən Antalyada keçirilən təlim-məqş toplantısından kənarlaşdırılımışdı.
"Bakı" futbol klubu bildirir ki, üzrsüz səbəbdən təyin olunan müddətdə komandanın sırlarına qatılmadığı və daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə Anqulo Ceffersonun 2011-ci ilin iyun ayına qədər olan müqaviləsi qüvvədən düşmüş hesab olunur.
