25 yanvar 2011 17:02
Starkov Bakı`ya yeni futbolçu götürmək istəmir
Antalyada təlim-məşq toplantısını davam erdirən "Bakı" gündə iki məşq olmaqla hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın düşərgəsində yüksək əhval-ruhiyyə müşahidə olunur.
Komandada xəstə, zədəli və baxışda olan futbolçu yoxdu. Baş məşqçi Aleksandr Starkovun təlim-məşq toplanışından kənarlaşdırdığı Jaba, Roşa və Cefferson xaricində bütün futbolçular məşqlərdə iştirak edirlər.
Sabah isə “zolaqlılar” üçüncü yoldaşlıq oyununa çıxacaq. Komandanın rəqibi Ukraynanın "Metallurq" (Zaporojye) klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 14-də başlayacaq.
Xatırladaq ki, bu, "Bakı"nın təlim-məşq toplanışı zamanı keçirdiyi 3-cü qarşılaşma olacaq. Komanda daha əvvəl Qazaxıstanın "Akjayık" (3:0) və "Şaxtyor" Karaqanda (1:1) klubları ilə yoldaşlıq oyunları keçirib.
