25 yanvar 2011 17:29
Neftçi – Arsenal matçı saat 19:00-da başlayacaq
Yanvarın 26-da "Neftçi" "Mardan Antalyaspor" stadionunun ikinci meydançasında Ukraynanın "Arsenal" klubu ilə yoldaşlıq görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Antalyada ilk hazırlıq prosesi dövründə "Neftçi" Rusiyanın "SKA-Energiya" klubu ilə qarşılaşıb və oyun 1:1 hesabı ilə başa çatıb.
