25 yanvar 2011 18:41
Jaba və Roşa bağışlansa da, cəzalandı
"Bakı" futbol klubunun braziliyalı futbolçuları Jaba və Roşa hazırda əvəzedici komandanın heyətində məşq edirlər. Azerisport.az xəbər verir ki, komandanın Antalyada keçirdiyi təlim-məşq toplanışına gecikən hər 2 futbolçu baş məşqçi Aleksandr Starkov tərəfindən əvəzedici komandaya göndərilib.
Təlim-məşq toplanışından uzaqlaşdırılıan futbolçular klub bazasında məşqçilər Qəhrəman Əliyev və Məqsəd Yaqubəliyevin nəzarətində əvəzedici komandanın heyətində hazırlıq keçirlər. Adları çəkilən futbolçuların taleyinə komanda Bakıya döndükdən sonra aydınlıq gətiriləcək.
