25 yanvar 2011 10:58
Berti Foqts: Bu, əsl komanda oyununun göstəricisidi
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkə çempionu “İnter” klubunun “Birlik kuboku”nda qələbə qazanması ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlamasında almaniyalı mütəxəssis bunları dilə gətirib:
“İlk növbədə “İnter”i bu qələbə münasibətilə təbrik edirəm. İstənilən turnirdə yüksək nəticə əldə etmək əhəmiyyətlidir. “İnter”in turnir ərzində qapısının toxunulmazlığını qoruyaraq ardıcıl qələbələr qazanması əsl komanda oyununun göstəricisidi. Belə qələbələrin sayının çox olmasını və Azərbaycan futbolunun inkişafına töhfə verməsini arzu edirəm”.
