25 yanvar 2011 11:21
Qarabağ`dan daha 2 transfer (FOTO)
“Qarabağ” qış fasiləsində növbəti transferlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, transfer çalışmalarına ilk olaraq İlqar Qurbanovun keçidiylə başlayan Ağdam təmsilçisi daha 2 futbolçu ilə güclənib.
Baş məşqçi Qurban Qurbanovun xeyli müddətdi sınaqdan keçirdiyi `Liers`dən alınan hücumameyilli yarımmüdafiəçi Nderim Nedzipi və `Srvena Zvezda`dan gələn qapıçı Bojan Pavloviçlə 1,5 illik müqavilə imzalanıb.
