25 yanvar 2011 23:17
AÇ-2011: Nasimovun həmyerliləri yarımfinala çıxmağa peşman oldu
Qətərdə düzənlənən Asiya çempionatında yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, keçirilən iki oyunla qitə birinciliyinin həlledici – final matçında qarşılaşacaq komandaların adları da müəyyənləşmiş olub.
Günün ilk oyununda Yaponiya ilə Cənubi Koreya yığmaları öz araralarındakı münasibətlərə aydınlıq gətiriblər. Əsas vaxtı 1:1 tamamlanan görüşün əlavə vaxtında da tərəflər eyni sayda qol vurublar. Belədə qalib penaltilərlə müəyyənləşib ki, daha dəqiq olan yaponlar 3:0 hesabıyla finala çıxıblar.
İkinci yarımfinal matçında isə “Nefçti”nin hücumçusu Bahodir Nasimovun həmyerliləri – özbəklər Avstriya yığmasıyla qarşılaşıblar. Lakin Harri Kyuelin əsasını qoyduğu darmadağında 6 cavabsız qola üzülən Özbəkistan millisi yarımfinala çıxmasına peşman olub. Avstraliya isə finalda Yaponiyaya rəqib olub.
Asiya Kuboku
Yarımfinal
25 yanvar
Yaponiya – Cənubi Koreya – 2:2 (penaltilərlə - 3:0)
Qollar: Maeda, 36, Hosoqa, 97 – Ki, 23-pen, Lee, 120.
Özbəkistan – Avstraliya – 0:6
Qollar: Kyuel, 5, Oqnenovski, 35, Karney, 66, Emerton, 75, Valeri, 82, Krus, 83.
Matçın 67-ci dəqiqəsində özbəklərin oyunçusu Bakayev qırmızı vərəqə alıb.
