25 yanvar 2011 11:26
“Əsas hədəfim qrup mərhələsinə vəsiqə qazanmaqdı”
“Qarabağ”ın qış fasiləsində heyətinə qatdığı hücumameyilli yarımmüdafiəçi Nderim Nedzipi bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu Ağdam klubunun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Qarabağ”ın ənənəsi olan klub olduğunu bilirəm. Son 2 ildə “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışından xəbərim var. Necə bir komandaya gəldiyimi bilirəm. “Qarabağ”la çempionluq yaşamaq, avrokuboklarda uğur qazanmaq üçün gəlmişəm. Əsas hədəfim avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmaqdı. Çox geniş heyətimiz var. Bu bizim xeyrimizədi. Forma üçün əsl mübarizə gedəcək. “Qarabağ”ın Azərbaycanda heç kimdən zəif olmadığını düşünürəm. Azarkeşlərlə ilk görüşə çıxmağa səbirsizlənirəm”.
