25 yanvar 2011 00:15
Neftçi Antalyada - 2-ci sürət, ilk məşq (FOTOLAR)
"Neftçi" Antalyada keçirilən ikinci təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, Arif Əsədovun yetirmələri "Mardan Antalyaspor" stadionunun ikinci meydançasında baş tutan məşqdə öncə topla çalışıblar.
Onlar cütlüklərə bölünərək, qısa ötürmələr üzərində işləyiblər. Ardından fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak futbolçulara müxtəlif təmrinlər verib. Eyni zamanda, hər bir oyunçu 20 dəqiqə kross qaçıb.
Daha sonra "qırmızılar"a və "yaşıllar"a bölünərək, ikitərəfli oyunda qüvvələrini sınayıblar. Yol yorğunluğuna baxmayaraq, "ağ-qaralar" məşqdə həvəslə çalışıblar. Güclü yağış altında keçən məşq təxminən 1 saat yarım davam edib.
