25 yanvar 2011 00:26
AZAL belaruslu və xorvatiyalı oyunçuları bəyənmədi
AZAL-ın Antalya toplanışı zamanı baxışa cağırdığı iki futbolcu bəyənilməyərək geri göndərilib. Azerisport.az xəbər verir ki, məşqçilər korpusu iki yoxlama oyununda sınaqdan keçirilən belaruslu müdafiəçi Vitali Panasyuk və xorvatiyalı yarımmüdafiəçi Plumb Yusifinin qaytarılmasına qərar verib.
Hazırda baxışda olan hücumcu Gennadi Bliznyuk (Belarus) və müdafiəçi Ritus Krjaklis (Latviya) isə növbəti yoldaşlıq görüşündə də iştirak edəcəklər.
Qeyd edək ki, AZAL nöbvəti oyununu yanvarın 27-də "Volın"a (Ukrayna) qarşı keçirəcək.
