25 yanvar 2011 12:28

"XL-dan ayrılmağımı başqa cür qələmə verənlər hansısa məqsəd güdürlər"

"Xəzər Lənkəran"ın Antalyada keçirdiyi yoxlama matçını izləmişəm. Təəssüf ki, oyuna baxan "Neftçi" nümayəndələrini "casus" kimi qələmə veriblər. Açığı, bu, məni çox təəccübləndirdi". Azerisport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Bəxtiyar Musayev klubun rəsmi saytına açıqlamasında deyib.
 
O, "casus" qismində təqdim olunmalarının peşəkarlığa uyğun olmadığını söyləyib: "Xəzər Lənkəran" Premyer Liqadakı rəqiblərimizdən biridi. Biz nəinki onların, digər klubların da oyunlarını izləyirik, məlumat toplayırıq. Bu, dünya futbolunda adi bir haldır. Əgər casusluq etmək istəsəydim, "Neftçi"nin formasında yox, mülki paltarda oyuna gedərdim və elə yerdə durardım ki, heç kim məni görməzdi. Lakin heç kimdən heç nə gizlətmədim”.
 
"Neftçi", "Xəzər Lənkəran", eləcə də digər klublarımız hazırda Antalyada təlim-məşq toplanışı keçirlər. Həmin klubların da təmsilçiləri bizim oyunumuza baxmağa gəlirlər. Rəqiblərin oyunlarını izləmək bizim vəzifəmizdir, klubun peşəkar fəaliyyətinin göstəricisidir” – deyə Musayev qeyd edib.
 
“Neftçi”nin çalışdırıcısı sonda bunları dilə gətirib: “Ən təəccüblü məqam odur ki, matçın gedişində bir nəfər qəflətən mənə yaxınlaşıb, şəklimi  çəkib, dərhal oradan uzaqlaşdı. Halbuki, onun bizə yaxınlaşıb, fikir öyrənəcəyini, normal davranacağını gözləyirdim. Onun hərəkəti elə casusluğun bir növüdür. Oyunu tək mən deyil, "Neftçi"nin digər nümayəndələri də izləyiblər. Görünür, mənim "Xəzər Lənkəran"dan ayrılmağımı başqa cür qələmə verənlər hansısa məqsəd güdürlər. Hazırda "Neftçi"nin birinci pillədə olması klubumuzun necə fəaliyyət göstərməsinin əyani göstəricisidir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.