25 yanvar 2011 12:36
Neftçi Emil Mpenzanı da itirdi
"Neftçi"nin digər legionerləri kimi, belçikalı Emil Mpenza da komandanın Antalyadakı düşərgəsinə qoşulub. Lakin azerisport.az xəbər verir ki, təcrübəli hücumçu hələlik məşqlərdən kənarda qalıb.
Belə ki, o, Antalyada təşkil olunmuş ilk hazırlıq prosesində Rusiyanın "SKA-Energiya" klubu ilə görüşdə diz nahiyəsindən zədələnib. Bu gün Mpenza klinikada tibbi müayinədən keçəcək. Bundan sonra futbolçuya dəqiq diaqnoz qoyulacaq və onun qarşıdakı günlər üçün qrafiki müəyyənləşdiriləcək.
